Hörmüz boğazında xaos yaşanır


Hörmüz boğazında xaos yaşanır

ABŞ Hərbi Hava Qüvvələrinin bu gün İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərinə endirdiyi hava və raket zərbələrindən sonra bölgədə gərginlik pik həddə çatıb. İranın strateji cavab ehtimalları və bölgədə artan təhlükəsizlik riski səbəbindən Hörmüz boğazında əsl xaos yaşanır.

 

Sfera.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

 

Agentliyin məlumatına görə, bölgədə fəaliyyət göstərən 50-yə yaxın neft tankeri İranın boğazı bağlama ehtimalından və mümkün hərbi qarşıdurmalardan çəkinərək ərazini tərk etməyə çalışır.

 

Hörmüz boğazı dünya enerji tədarükü üçün son dərəcə önəmli bir strateji keçiddir. Buradan gündəlik təxminən 20 milyon barel neft daşınır ki, bu da qlobal neft ticarətinin təxminən 30%-ni təşkil edir. Bu səbəbdən bölgədə yaranmış gərginlik yalnız regional deyil, eyni zamanda qlobal iqtisadi və enerji bazarlarına da ciddi təsir göstərə bilər.

 

İran tərəfi isə ABŞ-nin hücumlarını beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirərək, cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan edib.

 

Beynəlxalq müşahidəçilər bölgədə gərginliyin artması fonunda Hörmüz boğazında hərbi mövcudluğun gücləndirildiyini, neft qiymətlərində isə artım tendensiyasının müşahidə edildiyini bildirirlər.

 

Hazırda vəziyyətlə bağlı dünya dövlətləri, xüsusilə enerji idxal edən ölkələr ciddi narahatlıq içindədir və diplomatik səylər artırılmaqdadır.


OXŞAR XƏBƏRLƏR

"Bizdə keçirilən toyların artıq heç bir müsbət tərəfi yoxdur"

Ölkəmizdə toy mərasimləri xüsusi təmtəraqlı keçirilir. Toy mərasimlərində israfçılığa son qoyulması illərdir müzakirə edilsə də, dəb dəbə hələ də müşahidə olunu...

Millət vəkilindən quru sərhədlərin bağlı qalması ilə bağlı açıqlama

Quru sərhədlərimizin bağlı qalması strateji qərardır, strateji maraqlarımızı təmin etmək məqsədi daşıyır.   Sfera.az xəbər verir ki, bunu APA-ya açıq...

Kazino layihəsi haqda bir neçə kəlmə...

Dünən qaraguruhun, “söyüş müxalifəti”nin “stajlı” üzvlərindən biri (adını çəkib reklam etmək istəmirəm) Milli Məclisin plenar iclasında ...

Problemli kreditlərdən necə xilas ola bilərik?

2025-ci ilin aprelin 1-nə olan statistik göstəricilər Azərbaycanda problemli kreditlərin nominal məbləğində artım olduğunu göstərir. Mərkəzi Bankın məlumatına g...

Astana yaxınlığında təyyarə qəzası:2 ölü var

Astana yaxınlığında yerləşən Jolaman aerodromunun ərazisində təlim uçuşu zamanı TL-2000 yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.   Sfera.az Qaz...

Ukrayna ordusu əks-hücuma keçdi: Bu ərazi azad edildi

Ukrayna ordusu Sum vilayəti istiqamətində əks-hücum əməliyyatlarına başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları mə...