Bu ölkə vətəndaşlarını İrandan təxliyə etdi

Dünya
17:00 / 21.06.2025
2591
İsrailin İrana qarşı davam edən hücumları fonunda Küveyt və Oman öz vətəndaşlarını təxliyə edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi ilk vətəndaş qrupunun Türkmənistan üzərindən ölkəyə çatdığını açıqlayıb. Təxliyə olunanların sayı isə açıqlanmayıb. Oman Xarici İşlər Nazirliyi isə təxliyyənin beşinci mərhələsinin başa çatdığını və 181 Oman vətəndaşı ilə müxtəlif ölkələrdən olan şəxslərin İranın Məşhəd şəhərindən Türkmənistan vasitəsilə Muskata gətirildiyini bildirib.
Ölkə ötən gün dördüncü mərhələdə 292 vətəndaşını Türkiyə üzərindən, üçüncü mərhələdə isə İranın Bəndər-Abbas limanından Həsəb limanına birbaşa dəniz yolu ilə təxliyə etmişdi.
Bəsti Rəfizadə
Sfera.az