Bəşər Əsədin əmisi oğlu saxlanıldı


Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriyada ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd saxlanılıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın Daxili İşlər Nazirliyi yayıb. 

 

V.Əsəd narkotik alverində və bir sıra digər qanun pozuntularında ittiham olunur. 

 

“Suriya kəçfiyyatının və DİN-in əməkdaşları Vasim Əsədi saxlayıb. O, Suriyada narkotik alveri ilə məşğul olan ən tanınmış şəxslərdən biri hesab olunur və keçmiş rəhbərliyin cinayətlərində iştirak edib”, - deyə Suriya DİN-in feysbuk hesabında edilən paylaşımda bildirilib.

 

“SANA” agentliyinin mənbələri isə, sözügedən şəxsin Livanla sərhədin yaxınlığında saxlanıldığını qeyd edib.

 

Xatırladaq ki, Suriyada 2024-cü il dekabrın 8-nə keçən gecə müxalifət qüvvələri hakimiyyəti ələ keçirib. Bunun ardınca, Bəşər Əsəd və ailəsi Rusiyaya qaçıb.


OXŞAR XƏBƏRLƏR

“İrana qarşı hərbi əməliyyatlar narahatlıq doğurur” - Ceyhun Bayramov

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şə...

İftixar Qurbanov işdən çıxarıldı, yerinə tanınmış həkim təyin edildi

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti polkovniki İftixar Qurbanov vəzifəsindən azad edilib.   Sfera.az-ın məlumatına gö...

“Deyir, nazirlər sənə pul verib, onları xərcləmisən”- Oğlu Dilqəm Əsgərovdan imtina edib

Keçmiş əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasından imtina edib.   Sfera.az xəbər verir ki, o, bu haqda Moderator.az-a açıqlamasında bi...

PA-nın iyul ayı üçün qəbul cədvəli AÇIQLANDI

Azərbaycan Prezidenti Administrasiyasının (PA) Vətəndaş Qəbulu Mərkəzində 2025-ci ilin iyul ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az...

İyun ayının pensiya ödənişi barədə SON MƏLUMAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyun ayının pensiya ödənişini yekunlaşdırıb.   ...

Baku ID 2025 yekunlaşdı- Bakı iki gün ərzində regional innovasiya mərkəzinə çevrildi

19–20 iyun tarixlərində Bakıda keçirilən Baku ID 2025 innovasiya festivalı uğurla başa çatdı.   “Qafqazinfo” xəbər verir ...