Putin: "Üçüncü Dünya Müharibəsi riski artır"

Putin: "Üçüncü Dünya Müharibəsi riski artır"

Rusiya Prezidenti Vladimir Putin Üçüncü Dünya Müharibəsi ehtimalının artdığını bildirib. O, Ukrayna müharibəsi, Orta Şərqdəki gərginlik və İranda baş verən hadisələrin bu riski gücləndirdiyini deyib.


Sfera.az “Hürriyet”ə istinadən xəbər verir ki, Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxış edən Putin, Ukraynanın SumI vilayətində təhlükəsizlik zonası yaradıldığını, şəhərin ələ keçirilməsinin isə hələlik planlaşdırılmadığını, amma istisna edilmədiyini də bildirib.

 

Putin həmçinin Ukraynanın “çirkli bomba” istifadə etməsi halında Rusiyanın sərt cavab verəcəyini deyib:

 

“Bu, Ukrayna rejimi üçün dağıdıcı nəticələr doğurar”.

 

İsrail-İran gərginliyinə də toxunan Rusiya lideri, Xameneiyə qarşı ehtimal olunan sui-qəsd xəbərdarlıqlarının gerçəyə çevrilməyəcəyinə ümid etdiyini bildirib. O, Rusiya tərəfinin hər iki ölkə ilə təmasda olduğunu və gərginliyin azaldılması üçün təkliflər verdiyini vurğulayıb.

 

Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

“Kapital Bank”ın tərəfdaşlığı ilə keçirilən sərgi başa çatdı

18-21 iyun tarixində Bakıda 300-ə yaxın yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilib.   “Kapital Bank”ın rəsmi tərəfdaşlığı i...

Sayt rəhbərlərinə hökm oxundu

Lənkəran Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "Turantv.az" saytının rəhbəri Ramin Sadıqlı və "bölgeinfo&quo...

Azərbaycan Avropa çempionatına 39 güləşçi ilə QATILIR

İyunun 25-dən 28-dək İtaliyanın Kaorle şəhərində U15 Avropa çempionatı keçiriləcək. Sfera.az xəbər verir ki, Azərbaycan 2017-ci ildən keçirilən bu yar...

3 marşrutrun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Bakıda 126, 206 və 554 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir.   Bu barədə Sfera.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir...

Milli Məclisin növbədənkənar plenar iclasının vaxtı və gündəliyi açıqlandı

Milli Məclisin növbədəkənar sessiya çərçivəsində növbəti plenar iclası 24 iyunda keçiriləcək.   Bu barədə Sfera.az-a Milli Məclisin Mətbuat və ictima...

Bu ölkə vətəndaşlarını İrandan təxliyə etdi

İsrailin İrana qarşı davam edən hücumları fonunda Küveyt və Oman öz vətəndaşlarını təxliyə edib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ...