"Bizə söz verdiklərini yerinə yetirmədi" - Əraqçi

"Bizə söz verdiklərini yerinə yetirmədi" - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni diplomatik prosesi pozmaqda ittiham edib. 
 

Sfera.az xəbər verir ki, “NBC” televiziyasına müsahibə verən Əraqçi bildirib ki, İsrailin İrana qarşı hava hücumları fonunda Vaşinqtonun susqunluğu iki ölkə arasında güvənsizliyi dərinləşdirib.


“ABŞ-nin davranışları diplomatiyaya xəyanətdir. Biz artıq onlara necə güvənəcəyimizi bilmirik”, – deyə nazir vurğulayıb.


Əraqçi qeyd edib ki, əgər ABŞ doğrudan da İranın nüvə proqramı ilə bağlı problemi diplomatik yolla həll etmək istəyirsə, bunun üçün real addımlar atmalıdır: “Bəlkə də onların məqsədi heç vaxt danışıqlar olmayıb, sadəcə hücum planlarını gizlətmək üçün prosesə qoşulublar”.


Nazir ABŞ-nin Orta Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkofun da Tehrana verdiyi vədlərə əməl etmədiyini bildirib. “Hər görüşümüzdə fikrini dəyişirdi. Güvən problemi yaranıb. Bizə söz verdiyi heç bir məsələni yerinə yetirmədi”, – deyə o əlavə edib.

 


İran rəsmisi həmçinin qeyd edib ki, ABŞ və İsrailin nüvə obyektlərinə mümkün hücumu İranın texnoloji biliklərini məhv edə bilməz: “Bir və ya iki obyekti dağıtsalar da, texnologiya bizdədir və bu, geri qaytarılmazdır. Bunu özümüz inkişaf etdirmişik. Savaş zamanı hər iki tərəf hücuma keçər. İsrailə cavab verdiyimiz kimi, ABŞ də bu münaqişəyə qoşularsa, eyni şəkildə cavab alacaq”.


İsrailin ali dini lider Ayətullah Əli Xameneiyə qarşı təhdidlərini də şərh edən Əraqçi bunu “tarixin ən böyük cinayətlərindən biri” kimi dəyərləndirib və belə bir addımın mümkün olmadığını deyib.



Bəsti Rəfizadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Bəşər Əsədin əmisi oğlu saxlanıldı

Suriyada ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsəd saxlanılıb.    Sfera.az xəbər verir ki, bu barədə məlumatı Suriyanın Daxil...

MEDİA-nın təşkil etdiyi müsabiqədə 17 qəzet QALİB OLDU – FOTO

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən çap mediası subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin t...

İsrail Şirazda hərbi mərkəzə zərbə endirdi

İsrail İranın Şiraz şəhərindəki hərbi mərkəzə hava zərbəsi endirib.   Sfera.az xəbər verir ki, bu barədə İSNA agentliyi məlumat yayıb....

Saakyandan məhkəmədə Azərbaycanla bağlı etiraf

İyunun 21-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərində ...

Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri AÇIQLANDI – FOTO

  Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin güclə...

Baş Prokurorluqda yüksək vəzifəyə təyin olunan Səbuhi Alıyev kimdir?

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Səbuhi Alıyev Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi vəzifəsinə təyin edilib. &n...