Tramp İranın ikinci Liviyaya çevrilməsindən qorxur

Tramp İranın ikinci Liviyaya çevrilməsindən qorxur

ABŞ Prezidenti Donald Tramp İran məsələsinə ehtiyatla yanaşır, çünki o, İranın Liviya ssenarisini təkrarlaya biləcəyindən ehtiyat edir.

 

Sfera.az xəbər verir ki, bu barədə “New York Post (NYP)” qəzeti yazır.

 

"Trampın Liviya haqqında danışmasının iki səbəbi var: birincisi, bizim Muammər Qəddafiyə etdiklərimizdən sonra yaranan xaosdur. İkincisi isə Liviyaya müdaxilənin Şimali Koreya və İran kimi ölkələrlə sövdələşmələri müzakirə etməyi çətinləşdirməsidir", - məlumatda bildirilir.

 

“New York Post”un əldə etdiyi məlumata görə, Tramp İranın Natanz və Fordodakı nüvə obyektlərinə məhdud zərbələr endirilməsinin tərəfdarıdır.  

 

Qeyd edək ki, 2011-ci ildə keçmiş lider Müəmmər Qəddafinin devrilməsi və öldürülməsindən sonra Liviya vahid dövlət kimi fəaliyyətini dayandırıb. Son illərdə qərbdə Tripoli mərkəzli hakimiyyət orqanları ilə Xəlifə Haftarın komandanlığı altında Liviya Milli Ordusunun dəstəklədiyi şərqdəki rəqibləri arasında uzunmüddətli hakimiyyət mübarizəsi davam edir.

 

2021-ci ildə BMT-nin vasitəçiliyi ilə Cenevrədə keçirilən Liviya Siyasi Dialoq Forumu hələ baş tutmamış ümumi seçkilərə qədər idarə etmək niyyətində olan müvəqqəti icra hakimiyyətini seçdi. Rəqib siyasi qruplarla birləşən silahlı birləşmələr tez-tez açıq qarşıdurmalara girir və nəticədə çoxsaylı itkilər olur.
Liviyada iki tanınmamış hökumət var. Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən və Əbdül Həmid Dbeibeh tərəfindən idarə olunan birincisi Tripolidə yerləşir. İkincisi, Nümayəndələr Palatasının səlahiyyətləri ilə, əvvəlcə Benqazidə yerləşirdi və sonra Sirtə köçdü. Osama Hammad rəhbərlik edir.

 

İsrailin baş naziri Benyamin Netanyuahu İsrailin dövlət telekanalına müsahibəsində deyib ki, İsrail İran hökumətinin devrilməsini öz məqsədi kimi görmür. Lakin o, İsrail əməliyyatının bununla nəticələnə biləcəyini də istisna etməyib.


Firuzə Əliyeva
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Səbail rayonunda silah-sursat aşkar edildi

Bakı şəhərinin Səbail rayonu ərazisində silah-sursat aşkar edilib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. &n...

Milli Məclisin sabahkı plenar iclasının gündəliyi dəyişib

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 21-də keçiriləcək növbəti iclasının gündəliyi dəyişib.   Sfera.az xəbər verir ki, gündəliyə əvvəl 21...

Bugünkü sertifikasiya imtahanlarında 3 300 müəllim istirak etdi

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil...

Dünya İB məktəbinin şagirdi beynəlxalq olimpiadada qızıl medal QAZANDI –FOTO

Dünya İB məktəbinin 4-cü sinif şagirdi Eyyub Əli, beynəlxalq səviyyəli olimpiadada ölkəmizi uğurla təmsil edib.   Bu barədə Sfera.az-a Dünya İB məktəbi...

Safurə həyat yoldaşı ilə qızının məzun günündə

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva ailə fotolarını izləyiciləri ilə bölüşüb.   Sfera.az xəbər verir ki, müğənni övlad...

Qarabağ kanalında batan yeniyetmənin axtarışları davam edir

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Qarabağ kanalında 15 yaşlı yeniyetmə batıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirl...