İran altı günə İsrailə 450 ballistik raket atıb - Defrin

Dünya
16:36 / 19.06.2025
2629
İran son 6 gündə İsrailə 450 ballistik raket atıb.
Sfera.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi, briqada generalı Effi Defrin brifinqdə deyib.
“İran İsrailə son altı gündə 450-dən çox ballistik raket və yüzlərlə pilotsuz uçan aparatı İsrailə atıb”, - Defrin bildirib.