İsraildə vurulan xəstəxananın altında hərbi baza olub? - VİDEO

Dünya
16:08 / 19.06.2025
2503
İsrailin Beer-Şeva şəhərində yerləşən "Soroka" xəstəxanasının İran raketləri ilə vurulması xəbəri gündəmdə qalmaqda davam edir.
Sfera.az-ın məlumatına görə, İran mediası hücumun səbəbinə dair ciddi iddia irəli sürüb.
Bildirilir ki, xəstəxananın yeraltı hissəsində hərbi baza yerləşir. Kompüter qrafikası ilə hazırlanmış görüntülərdə tibbi müəssisənin altında döyüş tankları və hərbi texnika təsvir olunub.
İsrail Müdafiə Ordusunun (IDF) açıqlamasına əsasən, bu səhər İran tərəfindən ölkəyə təxminən 20 raket atılıb. Raketlərin əksəriyyəti hava hücumundan müdafiə sistemləri vasitəsilə zərərsizləşdirilsə də, hücum nəticəsində 65 nəfər xəsarət alıb.