İsrail "Hizbullah"ın komandirini də öldürdü

Dünya
15:05 / 19.06.2025
2747
İsrail ordusu Livanın cənubundakı Kəfr Cuz qəsəbəsinə PUA ilə hücum edib. Livan Səhiyyə Nazirliyi hücumda 1 nəfərin öldüyünü, 1 nəfərin yaralandığını bildirib.
Sfera.az “NTV”yə istinadən xəbər verir ki, İsrail ordusu açıqlamasında "Hizbullah"ın sahə komandiri Məhəmməd Əhməd Hireysin zərərsizləşdirildiyini iddia edib.
Hireysin İsrailə qarşı hücumlar planlaşdırdığı və Cəbel Rus hadisəsinin təşkilatçısı olduğu bildirilib.
Livan tərəfi hələlik bu iddialara münasibət bildirməyib. İsrail, 2024-cü ilin noyabrında elan edilmiş atəşkəsə baxmayaraq, Livana hücumlarını davam etdirir.
Bəsti Rəfizadə
Sfera.az