Pezeşkian xalqa müraciət etdi

Dünya
11:20 / 19.06.2025
2280
İran Prezidenti Məsud Pezeşkian xalqa müraciət edib.
Sfera.az xəbər verir ki, bu barədə o, X-də paylaşım edib.
"Əziz İran xalqı!
Bütün nazirliklərə və dövlət qurumlarına tapşırıq verilib ki, sizin səbrinizə və həmrəyliyinizə uyğun olaraq, bütün imkan və resursları ilə "İran naminə" heç bir xidmətdən çəkinməsinlər.
Allahın köməyi və xalqımızın birliyi sayəsində bu çətin və ağır günləri də geridə qoyacağıq",- paylaşımda deyilir.