Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 20-ni keçdi

Dünya
09:12 / 18.06.2025
3345
Rusiyanın Kiyevə genişmiqyaslı hücumu nəticəsində ən azı 21 nəfər həlak olub.
Bu barədə Sfera.az Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, ötən gecə Kiyevin Solomenski rayonunda doqquzmərtəbəli binanın dağıntıları altından daha beş nəfərin meyiti çıxarılıb.
Ukrayna paytaxtında baş verən hadisə nəticəsində 21 nəfər ölüb, 134 nəfər xəsarət alıb.