"İranla danışıqlara həvəsli deyiləm" - Tramp

"İranla danışıqlara həvəsli deyiləm" - Tramp

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlara o qədər də həvəsli olmadığını bəyan edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

 

Bildirilir ki, ABŞ prezidenti bu danışıqlara vitse-prezident Ceyms Devid Vensi və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffu göndərə biləcəyini açıqlayıb.

 

Qeyd edək ki, Ağ Ev rəhbərinin İsraillə İran arasında münaqişənin kəskinləşməsi fonunda Tehrana danışıqlar masasına oturmaq üçün “son şans” verəcəyi gözlənilir. Trampın İran-İsrail münaqişəsini diplomatik yolla həll etmək üçün səy göstərdiyi bildirilir.

 

Xatırladaq ki, İran və ABŞ Omanın vasitəçiliyi ilə Tehranın nüvə dosyesi ilə bağlı 5 raund danışıqlar aparıb. Danışıqların sonuncusu mayın 23-ü İtaliyanın paytaxtı Romada baş tutub.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Belarus matçını o idarə edəcək

İyunun 25-dən iyulun 2-dək Minskdə təlim-məşq toplanışında olacaq qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yolda...

Ərdoğan TƏCİLİ göstəriş verdi - Uzaqmənzilli raketlər...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda gərginliyin artması fonunda orta və uzaqmənzilli raketlərin istehsalının genişləndirilməsi barədə göstəriş veri...

İsrail aviaşirkəti Avropadan təxliyə reysləri planlaşdırır

İsrailin “El Al” milli aviadaşıyıcısı Avropanın bir sıra ölkələrindən təxliyə reysləri həyata keçirmək üçün icazə alıb.   Sfera.az xəbər ...

Niyaməddin Musayevin qızı ilk dəfə efirdə - kövrək anlar - VİDEO

Xalq artisti Niyaməddin Musayevin qızı Röya ilk dəfə efirə qoşulub.   Sfera.az xəbər verir ki, 85 yaşlı müğənninin qızının doğum günün...

Jurnalistika üzrə magistratura oxumaq istəyənlərə müraciət

Cari ildə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanında 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimin...

Çempionlar Liqasının püşkü atıldı – CÜTLÜKLƏR

UEFA-nın Nyondakı mənzil-qərargahında 2025/26-cı illər mövsümündə UEFA Çempionlar Liqasının ilk püşkü atılıb.   Sfera.az xəbər verir ki, mərasim...