ABŞ Yaxın Şərqə əlavə qüvvələr yerləşdirəcək

Dünya
10:33 / 17.06.2025
1907
Pentaqon İsrail və İran arasında gərginliyin artması fonunda Yaxın Şərqə əlavə ABŞ qüvvələrinin yerləşdirilməsinə göstəriş verib.
Sfera.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset “X” sosial şəbəkəsində yazıb.
"Həftə sonu mən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına (Yaxın Şərq) əlavə qüvvələrin yerləşdirilməsi əmrini verdim", - o yazıb.
Onun sözlərinə görə, əsas prioritet Amerika qoşunlarının qorunmasıdır. Bu cür tədbirlər ABŞ-nin regionda müdafiə qabiliyyətini gücləndirmək məqsədi daşıyır.
Firuzə Əliyeva
Sfera.az