Ərdoğan və Putin İran məsələsini müzakirə etdilər

Dünya
15:34 / 16.06.2025
4329
Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.
Rəsmi açıqlamaya görə, liderlər telefon söhbəti zamanı İranla İsrail arasında yaranmış son hərbi gərginliyi müzakirə ediblər.
Danışığın əsas mövzusu Yaxın Şərqdə artan böhran və regionda təhlükəsizliyə olan təhdidlər olub.
Qeyd edək ki, son günlərdə İran və İsrail arasında qarşılıqlı raket zərbələri və sərt bəyanatlar beynəlxalq narahatlığa səbəb olub və böyük dövlətlər regionda müharibənin qarşısını almaq üçün diplomatik təmaslarını artırıblar.