Pezeşkian İran xalqına çağırış etdi


Pezeşkian İran xalqına çağırış etdi

İsraillə dörd gündür davam edən silahlı qarşıdurma fonunda İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı istehsalı ilə bağlı iddiaları təkzib edib və xalqa birlik çağırışı edib.

 

Sfera.az xəbər verir ki, Pezeşkian bu barədə İran parlamentində çıxışı zamanı deyib.

 

Prezident bildirib ki, İranın nüvə silahı əldə etmək kimi bir niyyəti yoxdur. Bununla yanaşı, ölkəsinin nüvə enerjisindən istifadə hüququna sahib olduğunu qeyd edib və enerji məqsədilə uranın zənginləşdirməyə davam edəcəklərini bildirib.

 

“Fərqliliklərimizi bir kənara qoyub, soyqırımçı və cinayətkar düşmənin təcavüzünə qarşı güclü durmalıyıq. Düşmən bizi döyərək, öldürərək və sui-qəsdlərlə yolumuzdan döndərə bilməz. Bayrağı yerə düşən hər qəhrəmanın yerinə onu qaldıracaq yüzlərlə qəhrəmanımız var”, - prezident qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

"Pirelli" şirkətinin yeni layihəsi, ağıllı təkərlərin yol örtüyünün vəziyyətini real vaxtda izləməsinə və yol təmir işlərinə istiqamət verməsinə imkan...

Pakistan İranla sərhədi tamamilə bağladı

Pakistan Yaxın Şərqdəki vəziyyətin kəskinləşməsi ilə əlaqədar İranla sərhədi qeyri-müəyyən müddətə bağlayıb.   Sfera.az xəbər verir ki, bu barəd...

Beynimiz bizi aldadır: Bənövşəyi rəng mövcud deyil

Gözlərimiz ətrafdakı bənövşəyi rəngli əşyaları və canlıları asanlıqla görə bilir. Lakin elektromaqnit spektrinin görünən hissəsində bu rəng yoxdur. Alimlər deyi...

Gülüşün sağlamlığa faydası: Görün nələrə qadirdir

Gülüş sağlamlığı yaxşılaşdırır və inanılmaz müsbət nəticələri olur.   Sfera.az xəbər verir ki, bu barədə "Publimetro" ekspertlərə isti...

Dünya çempionatı: Cüdoçumuz dörddəbir finalda

Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.   Sfera.az xəbər veri...

Bakıda minlərlə insan şəxsi maşından imtina etdi

Bakıda ictimai nəqliyyat sahəsində aparılan islahatlar sərnişindaşıma göstəricilərində özünü göstərməyə başlayıb. Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar...