Tramp Zelenski ilə görüşəcək

Dünya
09:26 / 16.06.2025
3091
ABŞ Prezidenti Donald Tramp Kanadada G7 sammiti çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşəcək.
Sfera.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.
Tramp Ukrayna Prezidenti ilə yanaşı, Kanadanın Baş naziri Mark Karni və Meksika lideri Klaudiya Şeynbaumla da görüşməyi planlaşdırır.
Qeyd edək ki, ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiyanın daxil olduğu G7 sammiti iyunun 15-dən 17-dək Alberta ştatının Kananaskis kurort zonasında keçirilir. Tramp daha əvvəl tədbirdə iştirak etmək üçün Kanadaya yollanmışdı