Putin Pezeşkianla telefonla danışdı

Dünya
21:23 / 13.06.2025
6717
Rusiya Prezidenti Vladimir Putin İran lideri Məsud Pezeşkianla telefon danışığı aparıb.
Sfera.az xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti məlumat yayıb.
Pezeşkianla söhbətində Putin Rusiyanın İranın nüvə proqramı ilə bağlı vəziyyətin sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Rusiya prezidenti Moskvanın İsrail-İran münaqişəsində vasitəçilik xidmətləri göstərməyə hazır olduğunu qeyd edib.