Pezeşkian: “İsraili peşman edəcəyik”

İran Prezidenti Məsud Pezeşkian xalqına müraciətində İranın cavabının İsraili peşman edəcəyini vurğulayıb.
Sfera.az xəbər verir ki, bu barədə “Tasnim” Xəbər Agentliyi məlumat yayıb.
“Bütün beynəlxalq öhdəliklərə zidd olan bu hücum İsrailin cinayətkar təbiətini təsdiqləyir.
Əlbəttə, İran xalqı və ölkə rəhbərliyi bu cinayətə qarşı susmayacaq. İranın güclü cavabı düşməni axmaq hərəkətinə görə peşman edəcək”, - deyə İran Prezidenti əlavə edib.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.