İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ!

Maliyyə naziri Sahil Babayev Milli Məclis üzvlərinin ipoteka şərtlərinə uyğun kontingentin 90 %-nin Bakı və Abşeronda yaşaması ilə əlaqədar ipoteka siyasətinin dəyişdirilməsi və onun paytaxtdan bölgələrə yönəldilməsinin zəruriliyi ilə fikirlərə münasibət bildirib.
Sfera.az xəbər verir ki, nazir mövqeyini parlamentin bu gün keçirilən plenar iclasında açıqlayıb.
"İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə uyğun olaraq müvəkkil banklar təxminən 55 min borcalana 3,5 milyard manatdan çox kredit verib. Bunun 78 %-i Bakı şəhərinin, 22 %-i isə respublikanın digər şəhər və rayonlarının payına düşüb.
Regionlardakı əhalinin ipoteka krediti vasitəsilə yaşayış şəraitini yaxşılaşdırması məqsədilə fərdi qaydada məşğul olan sadələşdirilmiş vergi ödəyicilərinin də ipoteka kreditinə çıxış imkanları yaradılıb.
Eyni zamanda, əhalinin elektron ipoteka sistemi vasitəsilə müvafiq müraciətləri əsasında müvəkkil banklar ipoteka kreditləri velir.
Bu zaman ipoteka krediti vasitəsilə alınacaq yaşayış sahəsinin yerləşməsi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmayıb", - deyə o qeyd edib.