İran “Qisas” bayrağını qaldırdı – VİDEO

Dünya
12:47 / 13.06.2025
3154
İranın Qum şəhərindəki Cəmkəran məscidində qırmızı bayraq qaldırılıb.
Sfera.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Qeyd edək ki, sözügedən qırmızı bayraq İranda qisas almağa çağırışı simvollaşdırdığından "Qisas" bayrağı adlandırılır.
Xatırladaq ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.