Logo

Tanınmış futbolçu Dubayda həbs olundu

Tanınmış futbolçu Dubayda həbs olundu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dubay polisi Niderland millisinin sabiq futbolçu Kvinsi Promesi öz evində həbs edib.

Məlumata görə, həbs idmançının Niderlanda ekstradisiyası tələbi ilə bağlıdır.

Dubayda istintaq təcridxanasına yerləşdirilən futbolçu Kral Hərbi Polisinin nəzarəti altında Niderlanda aparıla bilər və o, 7 il yarım həbs cəzası çəkməli olacaq.

Qeyd olunur ki, 2024-cü ildə Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə 6 il həbs cəzasına məhkum edib. Fevralın 16-da niderlandlı beynəlxalq axtarışa verilib. O, həmçinin ailə məclisi zamanı əmisi oğluna bıçaqla hücum etdiyi üçün 1,5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Promesin daha öncə Rusiya “Spartak”ında çıxış edib. 2024-cü ildə onun başa çatan müqavilə yeniləməyib. Promes daha sonra BƏƏ-nin İkinci Liqasında çıxış edən “Dubay Yunayted”lə anlaşıb. O, vaxtilə “Ayaks” və “Sevilya” kimi klublarda da çıxış edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR