Təyyarə qəzasında ölənlərin sayı 300-ü keçdi


Təyyarə qəzasında ölənlərin sayı 300-ü keçdi

Hindistanın "Air India" aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 310-dan çox insan həlak olub.

 

Sfera.az xəbər verir ki, bu barədə "New Indian Express" qəzeti məlumat yayıb.

 

Nəşrin məlumatına görə, polis qəzaya uğrayan təyyarənin göyərtəsində 240-dan çox insanın öldüyünü təsdiqləyib.

 

Daha 75 nəfər təyyarənin düşdüyü yerdə ölüb.

 

Məlumata görə, Əhmədabad hava limanı yaxınlığında baş verən qəzaya uğramasına səbəb quş sürüsü ilə toqquşma ola bilər.

 

NDTV telekanalına ekspertlər bildiriblər ki, quşlarla toqquşma təyyarənin uçuş sürətini azalda bilərdi. Həmçinin qeyd edilir ki, qəzaya uğramış "Boeing 787-8 Dreamliner" təyyarəsi 11 ildən çoxdur istismardadır.

 

Telekanalın məlumatına görə, baş vermiş faciə 2011-ci ildə kommersiya uçuşlarına başlayan "Boeing 787-8 Dreamliner" təyyarəsinin ilk qəzasıdır.


OXŞAR XƏBƏRLƏR

İran hökuməti fövqəladə iclas keçirdi

İran hökuməti İsrailin endirdiyi zərbələrə görə təcili iclas keçirib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkiyanın mətbuat...

Netanyahu: İrana hücum əmrini daha əvvəl vermişdim, lakin əməliyyat

“Nəsrullahın öldürülməsindən sonra mən İrana hücuma hazırlıqla bağlı göstəriş vermişdim. Lakin aprel ayına nəzərdə tutulan əməliyyat bəzi səbəblərdən təxi...

Agent kimi vətəndaşlarımızın İrana göndərilməsi... - Hacıyev

Son vaxtlar bəzi media və sosial şəbəkə hesablarında əsassız və uydurma iddialar yayılır ki, guya Azərbaycan etnik azərbaycanlıları agent kimi cəlb edib və onla...

İranın Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani öldürülüb

İranın xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani İsrailin zərbələri nəticəsində ölüb.   Sfera.az xəbər verir ki, bu barədə &quo...

Əlikram Bayramovun axtarılan qardaşı oğlu tapıldı

Bir aydan çoxdur itkin klimi axtarışda olan Biləsuvar rayon sakini 35 yaşlı Rahid Bayramov tapılıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, ...

İranda bütün uçuşlar dayandırıldı

İranda bütün daxili və beynəlxalq uçuşlar dayandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.  ...