Amasyada 39 nəfər qidadan zəhərləndi

Amasyada 39 nəfər qidadan zəhərləndi
Kateqoriya məlum deyil
T

Türkiyənin Amasya şəhərində 39 nəfər qidadan zəhərlənib.

 

Sfera.az xəbər verir ki,  hadisə Hacılar Meydanı Məhəlləsindəki evlərdən birində qeydə alınıb.

 

Evdə təşkil edilən ziyafətə qatılan qonaqlara toyuq ətindən hazırlanmış yemək verilib. Onlar yeməkdən sonra özlərini pis hiss edərək ürəkbulanmadan, qarın ağrısından və qusmadan şikayətləniblər.

 

Zərərçəkənlər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinin yaxşı olduğu bildirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR