Rusiyanın yeni hücum taktikası: Kamikadze dronlar Ukraynanı necə yorur ? - Açıqlama

Rusiyanın yeni hücum taktikası: Kamikadze dronlar Ukraynanı necə yorur ? - Açıqlama

Rusiya Ukraynaya qarşı hücumlarında İranın kamikadze tipli pilotsuz uçuş aparatlarından istifadə edir. Son dövrlərdə Moskva əsasən bu cür dronlarla zərbələr endirir. Ukrayna hava hücumundan müdafiə qüvvələri bu dronların bir hissəsini zərərsizləşdirsə də, bəziləri hədəflərə çatmağı bacarır.

 

Rusiya bu dronlardan niyə çox istifadə edir? Belə pilotsuz uçuş aparatlarını vaxtında aşkarlayıb zərərsizləşdirmək mümkün deyilmi?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən hərbi ekspert Anar Şuşalı Rusiyanın son dövrlərdə İran istehsalı olan “Shahed” kamikadze dronlarını ("Shahed-131" və "Shahed-136") Ukraynaya qarşı tez-tez istifadə etdiyini deyib.

 

Ekspert bildirib ki, bunun bir neçə səbəbi var:

 

“Rusiyanın bu dronlardan çox istifadə etməsi əsasən ucuz və kütləvi istehsalının mümkün olmasıdır. “Shahed” pilotsuz uçuş aparatları müasir raketlərlə müqayisədə daha ucuz başa gəlir. Bu, Rusiyaya sayca çox hücum vasitəsi istifadə etməyə imkan verir. Bu dronlar hərbi obyektlərə zərər verməklə yanaşı, mülki infrastruktura və enerji obyektlərinə qarşı zərbələr zamanı da istifadə olunur. Eləcə də gecə vaxtı uzunmüddətli səslə şəhərlərə yaxınlaşması əhalidə təşviş yaradır”.

 

 

O, bu dronlardan istifadə olunmasında digər məqsədin hava hücumundan müdafiəni zəiflətmək olduğunu qeyd edib.

 

A. Şuşalının sözlərinə görə, ucuz kamikadze dronlar Ukraynanın hava hücumundan müdafiə sistemlərini “yorur”:

 

“Yəni Rusiya bu dronları kütləvi şəkildə göndərərək, daha dəyərli raket və təyyarələrlə ediləcək hücumlar üçün “yol açır”. İranla münasibətlər sayəsində Rusiya ya bu dronları birbaşa alır, ya da Rusiyada lisenziya ilə istehsal edir. Bu da tədarükü sabit saxlayır. Belə PUA-lar aşağı hündürlükdə və nisbətən yavaş sürətlə uçurlar. Radar sistemləri üçün onları vaxtında aşkarlamaq daha çətindir. Dronların ölçüsü kiçikdir, üstəlik bəzi hissələri radara az əks olunan materiallardan hazırlanır. Bir anda 20-50 arası dron buraxılır. Onların eyni vaxtda müxtəlif istiqamətlərdən gəlməsi hava hücumundan müdafiə sistemlərini çətin vəziyyətə salır. Ukrayna geniş ərazidir və hər bölgədə yetərli hava müdafiə sistemi yerləşdirmək mümkün deyil. Bu da bəzi dronların hədəfə çatmasına səbəb olur”.

 

Müsahibimiz Kiyevin Moskvanın kütləvi dron hücumlarının qarşısını almaq üçün bir sıra hərbi, texnoloji və təşkilati tədbirlər görməsinin vacibliyini vurğulayıb:


“Bu hücumlar əsasən “Shahed” (İran istehsalı) kamikadze dronları, eləcə də digər taktiki PUA-larla həyata keçirilir. Qarşısının alınması üçün aşağıdakı strategiyalar önəmlidir:

Bu, fərqli yüksəklik və məsafədə uçan dronlara qarşı müvafiq texnologiyalarla cavab vermək mümkündür. “NASAMS”, “IRIS-T SLM”, “Patriot” kimi sistemlər strateji obyektləri qorumaq üçün istifadə olunur. “Buk”, “Crotale”, “Avenger” və ya “Gepard” kimi sistemlər isə mobil dron hücumlarına qarşı faydalıdır. “Igla”, “Stinger” kimi daşıması asan olan sistemlər yaxın məsafəli müdafiə üçün vacibdir. “GPS” və idarəetmə siqnallarını pozaraq dronları zərərsizləşdirmək mümkündür”.

 

Fidan Hacızadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Elvin Hüseynov ölkəni tərk edibmiş: axtarışa verildi -RƏSMİ

Bir neçə gündür xaricdən Azərbaycana avtomobil gətirməklə məşğul olan Elvin Hüseynov barədə sosial şəbəkələrdə dələduzluq etməsi ilə bağlı ittihamlar yayılır. İ...

Qarabağda Ermənistan istehsalı minalar basdırılıb - Etiraf

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırıl...

Azərbaycan və Serbiya ikitərəfli əməkdaşlığı müzakirə etdi

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev bu ölkənin dövlət idarəçiliyi və yerli idarəetmə naziri Yelena Jariç Kovaçeviç ilə görüşüb.   Sfera.az ...

"Qarabağ"ın ilk yoxlama oyunundakı rəqibi bəlli oldu

"Qarabağ"ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.   Klubdan Sfera.az-a verilən məlumata görə...

Hindistan təyyarəsi tələbələrin yataqxanasına çırpıldı: YENİ TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi, bu gün Londona uçan təyyarə Hindistanda qəzaya uğrayıb.   Sfera.az bildirir ki, “Air İndia” aviaşirkətinə məxsu...

“Azərbaycanın taleyini dəyişən gün: 15 İyunun strateji əhəmiyyəti”- FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli&rdqu...