Özbəkistan Rusiyaya nota verdi

Özbəkistan Rusiyaya nota verdi

Özbəkistan Rusiyaya nota verib.

 

Sfera.az xəbər verir ki, bunu Özbəkistan XİN-in mətbuat xidmətinin rəhbəri Ahror Burxanov rəsmi teleqram kanalında yazıb.

 

O bildirib ki, buna səbəb özbək vətəndaşlarına qarşı aparılan əsassız yoxlamalar və kobud rəftar olub.

 

Qurum rəsmisi bu cür münasibətlərdən narahatlığını dilə gətirərək, rəsmi Moskvanın belə addımlarının iki ölkə arasındakı dostluq münasibətlərinə zidd olduğunu bildirib:

 

“Özbəkistan ölkə xaricində yaşayan vətəndaşlarının hüquq və maraqlarının qorunmasını başlıca vəzifə hesab edir. Bu məsələ ilə bağlı Özbəkistanın Moskvadakı səfirliyi də müvafiq diplomatik kanallar vasitəsilə Rusiya tərəfi ilə dialoq aparır. Özbəkistan tərəfi bütün vətəndaşlara münasibətdə beynəlxalq hüquqa və insan hüquqlarına riayət olunmasını təmin etməyə çağırır.

 

Rusiyanın aidiyyəti orqanlarını Özbəkistan vətəndaşlarına hörmətlə yanaşmağa çağırırıq”.


OXŞAR XƏBƏRLƏR

Beşdən çox uşağı olan qadınlara 140 manat veriləcək – RƏSMİ

Beşdən çox uşağı olan qadınlara verilən sosial müavinətin məbləği artırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sosial ...

Müavinət və təqaüdlər nə qədər artır? - Müqayisə

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğl...

Acunun Fənərbağçadan gedişinin səbəbi məlum OLDU

Fənərbağça İdman Klubunda vitse-prezident vəzifəsini icra edən Acun Ilıcalının gözlənilməz şəkildə vəzifəsini tərk etməsinin səbəbi ortaya çıxıb.   S...

Doğulan körpələrə görə müavinət 600 manat OLDU – RƏSMİ

Uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği artırılıb.   Sfera.az  xəbər verir ki, Bu, Prezident İlham Əliyevin Fərmanı ilə &...

Şəhid ailələri üçün Prezident təqaüdü 100 manat artırıldı

Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü 100 manat artırılıb.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fər...

Usta işlədiyi binadan yıxılaraq öldü

Ağdaş rayonunda usta işlədiyi binadan yıxılaraq ölüb.   Sfera.az xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.   Məlumata gör...