Pəhləvinin nəvəsi yəhudiyə ərə getdi


Pəhləvinin nəvəsi yəhudiyə ərə getdi

İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi İman Pəhləvi yəhudi əsilli amerikalı Bredli Şermanla ailə həyatı qurub.

 

Sfera.az xəbər verir ki, bu barədə “Kayhan” nəşri məlumat yayıb.

 

Məlumata görə, ötən ay Nyu Yorkda baş tutan nikah mərasimindən sonra Parisdə toy mərasimi keçirilib.

 

Toyda bir sıra məşhurlar və İmanın nənəsi Fərəh Pəhləvi də iştirak edib.

 

Qeyd edək ki, 1993-cü ildə Vaşinqtonda anadan olan İman şahzadə Rza Pəhləvi ilə Yasmin Pəhləvinin ikinci qızıdır. O, Miçiqan Universitetində rabitə və psixologiya üzrə dərəcə alıb və hazırda “American Express”də baş menecer kimi fəaliyyət göstərir.

 

İmanın həyat yoldaşı Bredli informasiya texnologiyaları və texnoloji innovasiyalar üzrə ixtisaslaşmış “Luchy” şirkətinin baş direktorudur.


OXŞAR XƏBƏRLƏR

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...