İranda partlayış- Ölən yaralananlar var

İranda partlayış- Ölən və yaralananlar var
Kateqoriya məlum deyil
T

İranın Natanz şəhəri ətrafında poladəritmə zavodunda karbon qazı olan silindr partlayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

 

"İmamzadə rayonundakı Xalidabad polad zavodunda karbon qazı olan silindrin partlaması nəticəsində 7 nəfər xəsarət alıb. Bir nəfəri isə xilas etmək mümkün olmayıb", - məlumatda deyilir.

 

Ölənlərin hamısının Əfqanıstan vətəndaşları olduğu dəqiqləşdirilir. Onlar tibb məntəqələrinə göndəriliblər.

 

Partlayışın səbəbləri araşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR