Estoniya Ukraynaya qoşun yeridə bilər

Estoniya mümkün atəşkəsdən sonra öz silahlı qüvvələrini Ukraynaya göndərə bilər.
Sfera.az-ın məlumatına görə, bunu Baltikyanı dövlətin rəhbəri Alar Karis LRT telekanalına müsahibəsində deyib.
"Düşünürəm ki, biz Ukraynaya qoşun yeritmək məsələsini müzakirə etməzdən əvvəl ən azı atəşkəs və sülh olmalıdır. Söhbət Rusiya ilə mübarizədən yox, sülhün qorunmasından gedir", - siyasətçi bildirib.
“Financial Times” adı açıqlanmayan avropalı rəsmiyə istinadən mayın 27-də yazıb ki, bəzi Avropa ölkələrinin Ukraynaya qoşun yeritmək planı məhv olub. Çünki ABŞ onu dəstəkləməyə hazır deyil.
Almaniya kansleri Fridrix Merts mayın 18-də İtaliyanın Baş naziri Corciya Meloni ilə görüşdən sonra bildirib ki, Avropa hələlik Ukraynaya qoşun yeritmək məsələsini müzakirə etmir.