Moskvada tornado xəbərdarlığı edildi

Dünya
22:30 / 08.06.2025
9847
Rusiyanın paytaxtı Moskvada pis hava və qeyri-sabit atmosfer səbəbindən kiçik tornadoların yaranması riski yüksəkdir.
Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand deyib.
Qeyd edək ki, bu gün Moskva vilayətində gün ərzində ikinci güclü tufan başlayıb.
Hazırda paytaxtda güclü yağış müşahidə olunur. Moskva vilayətinin bəzi yerlərində güclü dolu yağır, külək isə güclənməkdədir.
Paytaxtda Moskva Dairəvi Yolu (MKAD) leysandan sonra qismən suyun altında qalıb.
Hava limanlarının fəaliyyətində məhdudiyyət tətbiq edilir.