Alimlər təhlükəli virus tapdılar: Pandemiya olacaqmı?

Dünya
19:00 / 08.06.2025
11773
Amerikalı elm adamları yeni bir koronavirus, HKU5-CoV-2 aşkarlayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Nature Communications" jurnalı məlumat yayıb.
Məlumata görə, bu, ölümcül MERS-CoV virusu ilə eyni ailəyə aiddir:
"Bu, iki donqarlı dəvələrdən insanlara keçən zoonoz patogendir və yoluxmuşların üçdə birini öldürən ağır tənəffüs xəstəliklərinə səbəb olur. HKU5-CoV-2 virusu 2025-ci ilin fevral ayının sonunda aşkar edilib. Alimlər dərhal bunun insanlar üçün potensial təhlükəli olduğunu bəyan etdilər. Bununla belə, yeni virusun effektivliyi COVİD-19-dan xeyli aşağıdır".