Kolumbiyada güclü zəlzələ oldu


Kolumbiyada güclü zəlzələ oldu

Kolumbiyanın mərkəzində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

 

Sfera.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi xəbər verib.

 

Məlumata əsasən, Bakı vaxtı ilə saat 17:08-də qeydə alınan zəlzələnin episentri Vilyavitensio şəhərindən 73 km şimal-şərqdə yerləşib.

 

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,3 olaraq qiymətləndirib. Bildirilib ki, zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.


OXŞAR XƏBƏRLƏR