Toy yasa DÖNDÜ: ölən və yaralananlar var - FOTO

Dünya
11:23 / 08.06.2025
5886
Türkiyədə toy mərasiminə silahlı hücum olub.
Sfera.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Siirt rayonunun Kurtalan qəsəbəsində qeydə alınıb.
Naməlum şəxs odlu silahla toy mərasiminə basqın edərək, atəş açıb. Nəticədə 4 nəfər yaralanaraq, xəstəxanaya aparılıb. Xəstəxanada görülən tədbirlərə baxmayaraq, yaralılardan Adnan Pekgözü xilas etmək mümkün olmayıb.
Polis şadlıq evini mühasirəyə alıb. Hadisəni törədən A.A. saxlanılıb. /Lent.az
Məqaləyə dair fotomateriallar: