İsrail Qəzzada radikalların komandirini zərərsizləşdirib

Dünya
23:52 / 07.06.2025
603
İsrail ordusu Qəzza şəhərində “Mücahid Briqadaları” (Kətaib əl-Mücahid) radikal qruplaşmasının komandirini öldürüb.
Sfera.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidmətinin Qəzza şəhərində keçirdiyi birgə əməliyyat zamanı son illərdə Qəzza zolağında “Mücahid briqadaları” terror təşkilatına rəhbərlik etmiş terrorçu Əsəd Əbu Şaraya məhv edilib. Digər hücumda bu qruplaşmadan yaraqlı Mahmud Hamed zərərsizləşdirilib”, - deyə o bildirib.
Qeyd olunub ki, “Mücahid Briqadaları”ndan olan radikallar 2023-cü il oktyabrın 7-də İsrailə hücumda iştirak edib, insanları oğurlayıb və girov tutublar.