Ərdoğan CHP sədri Özgür Özələ zəng etdi

Dünya
19:58 / 07.06.2025
4483
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özələ zəng edib.
Sfera.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə lideri Özələ elektrik cərəyanı vuran Manisa Böyükşəhər Bələdiyyəsinin sədri Ferdi Zeyreki üçün keçmiş olsun diləklərini çatdırıb.
Qeyd edək ki, 48 yaşlı bələdiyyə sədrinin müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti kritik olaraq qalır.