Ukrayna Rusiyanı günahlandırdı: "Fərqli siyahı verilib"

Ukrayna Rusiyanı günahlandırdı: "Fərqli siyahı verilib"

“Rusiya tərəfinin guya əsirlərin və həlak olanların meyitlərinin mübadilə prosesinin Ukrayna tərəfindən pozulması barədə bəyanatı həqiqəti əks etdirmir”.

 

Sfera.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahından bildirilib.

 

Qeyd olunub ki, rəsmi Kiyev mübadilə prosesinin baş tutması üçün müvafiq siyahını qarşı tərəfə təqdim edib və meyitlərin qaytarılmasını razılaşdırıb, lakin rəsmi Moskva tamamilə fərqli siyahı verərək, birtərəfli qaydada hərəkət edib:

 

“Biz Rusiyanı çirkin oyunları dayandırmağa və hər iki tərəfdən mübadilənin baş tutması üçün konstruktiv fəaliyyət göstərməyə, eləcə də qarşıdakı günlərdə razılaşmaların icrasını təmin etməyə çağırırıq”.

 


Xatırladaq ki, bir qədər əvvəl Rusiya prezidentinin köməkçisi Vladimir Medinski Ukrayna tərəfinin gözlənilmədən həm meyitlərin qəbulunu, həm də hərbi əsirlərin dəyişdirilməsini qeyri-müəyyən müddətə təxirə saldığını açıqlayıb. Onun sözlərinə görə, Ukrayna tərəfi mübadilə üçün razılaşdırılmış məntəqəyə gəlməyib.


OXŞAR XƏBƏRLƏR