Maskın “dəliliyi” narkotik istifadəsi ilə bağlı ola bilər - Tramp

Dünya
14:25 / 07.06.2025
4833
ABŞ Prezidenti Donald Tramp amerikalı iş adamı İlon Maskın narkotikin təsiri altında olarkən onunla münaqişəyə girmək qərarına gəldiyini iddia edib.
Sfera.az bu barədə "The New York Times"a istinadən xəbər verir.
Qəzetin yazdığına görə, ABŞ lideri köməkçiləri ilə söhbətində Maskın davranışını “dəli” və “narkotik istifadəsi ilə əlaqəli” adlandırıb. Tramp daha əvvəl Maskın narkotik istifadəsi ilə bağlı mətbuatda çıxan xəbərlərdən narahat olmadığını bildirmişdi.
“The New York Times” qəzetinin yazdığına görə, Mask Trampın seçki kampaniyası zamanı narkotikdən fəal istifadə edib. Qəzetin mənbələri iş adamının mütəmadi olaraq ketamin, ekstazi, psixikaya təsir edən dərmanlar qəbul etdiyini bildirib.
Firuzə Əliyeva
Sfera.az