Almaniya uzun müddət ABŞ-dən asılı qalacaq - Kansler

Dünya
12:44 / 07.06.2025
2625
Kansler Fridrix Merz hesab edir ki, Almaniya uzun müddət ABŞ-dən asılı qalacaq.
Sfera.az xəbər verir ki, o, bu fikri Berlində Ailə Biznesi Günü forumunda çıxışı zamanı bildirib.
"Biz (yəni Almaniya) istəsək də, istəməsək də, uzun müddət Amerika Birləşmiş Ştatlarından asılı qalacağıq", - Almaniya kansleri deyib.
Merz həmçinin qeyd edib ki, son illərdə bir çoxları Almaniyanın liderlik rolundan məhrum ediliblər:
"Avropalı qonşularımızın və tərəfdaşlarımızın - amerikalıların və o zamankı Sovet İttifaqının qeyd-şərtsiz etimadından istifadə etməsəydik, Almaniyanın birləşməsi qeyri-mümkün olardı".
Onun fikrincə, Almaniya indi beynəlxalq arenada bu etimadı qazanmalıdır.
Firuzə Əliyeva
Sfera.az