Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na daxil oldu - FOTO

Tom Kruz “Ginnesin Rekordlar Kitabı”na daxil oldu - FOTO

Amerikalı məşhur aktyor Tom Kruz daha bir möhtəşəm uğura imza atıb. 62 yaşlı ulduz aktyor “Mümkünsüz missiya– Son Hesablaşma” (Mission: Impossible – Dead Reckoning) filminin çəkilişləri zamanı yanan paraşütlə 16 dəfə atlayaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Kruz bu qeyri-adi səhnəni heç bir dublyor olmadan özü yerinə yetirib. “Ginnesin Rekordlar Kitabı”na əsasən, o, “yanan paraşütlə ən çox atlayış edən insan” olaraq yeni bir rekorda imza atıb.


Məlumata görə, aktyor çəkiliş zamanı hər bir atlayışda real təhlükə ilə üz-üzə qalıb. Hər dəfə paraşüt havada alovlanıb. Kruz tullanışdan əvvəl verdiyi açıqlamada deyib:


“Əgər paraşüt yanarkən bükülərsə, fırlanmağa başlayaram və yanaram. Bükülmədən çıxmalıyam və 10 saniyə içində paraşütün alışması lazımdır. Həqiqətən diqqətli davranacağam. Riskə getməyə dəyməz. Əlbəttə, heç bir risk almırıq”.


Tom Kruz əvvəllər də real səhnələri dublyor istifadə etmədən özü canlandırması ilə tanınıb. Bu son nailiyyəti isə onun peşəkarlığını və qorxusuzluğunu bir daha sübut edib.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR