Alimlər təşviş içində: Tarixin ən isti ili nə vaxt olacaq?

Alimlər təşviş içində: Tarixin ən isti ili nə vaxt olacaq?

Ümumdünya Meteorologiya Təşkilatı növbəti beş ildən birinin 80% ehtimalla dünyanın ən isti ili olacağı proqnozunu açıqlayıb.

 

Sfera.az “Interfax.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand məlumat verib.

 

"Ümumdünya Meteorologiya Təşkilatının hesabatı yeni dərc olunub və bu sənəd narahatlıq doğurur. Proqnoza əsasən, 80% ehtimalla növbəti beş ilin ən azı biri tarixdə ən isti il olacaq və indiyə qədər rekord qeydə alınmış 2024-cü ilin temperaturunu ötəcək", - deyə Vilfand mətbuat konfransında bildirib.


Bundan əlavə, o qeyd edib ki, 70% ehtimalla 2025-2029-cu illəri əhatə edən beşillik dövrdə orta temperatur artımı 1.5°C-dən yüksək olacaq.
 

Bu isə Paris İqlim Sazişinin hədəflərinə uyğun deyil və daha ciddi təhlükə yaradır. (oxu.az)


OXŞAR XƏBƏRLƏR