“Ordu hazır olduqda, Ukraynaya cavab veriləcək” - Peskov

Dünya
14:48 / 05.06.2025
2804
Kremlin sözçüsü Dmitriy Peskov Ukraynanın son hücumlarına dair açıqlama verib. O bildirib ki, Ukraynanın Rusiya hərbi hava bazalarına və bombardmançı təyyarələrinə qarşı hücumlarına cavab, Rusiya ordusunun uyğun bildiyi şəkildə və zamanda veriləcək.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Peskov həmçinin Prezident Vladimir Putinin, Xarici İşlər naziri Sergey Lavrovun Ukrayna ilə danışıqların davam etdirilməsi yönündəki fikirlərini dəstəklədiyini bildirib.
Lavrov dünən verdiyi açıqlamada, Ukrayna ilə işçi səviyyəsində təmasların saxlanmasının vacibliyini qeyd etmişdi.
Bəsti Rəfizadə
Sfera.az