Putin və Tramp arasında telefon danışığı oldu

Dünya
21:01 / 04.06.2025
6575
ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.
Sfera.az TASS-a istinadən xəbər verir ki, Tramp sözügedən telefon danışığının 1 saat 15 dəqiqə davam etdiyini bildirib.
O qeyd edib ki, ki, o, Putinlə Ukraynanın Rusiyadakı aerodromlara hücumunu müzakirə edib: "Söhbət yaxşı keçdi. Amma dərhal sülhə gətirib çıxarmayacaq".