Ledi Qaqa Ginnesin Rekordlar Kitabına düşdü -Madonnanı qabaqladı

Ledi Qaqa Ginnesin Rekordlar Kitabına düşdü -Madonnanı qabaqladı

Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərində konsert verib. O, qadın musiqiçilər arasında tamaşaçı sayına görə rekorda imza atıb.

 

Bu barədə Ginnesin Rekordlar Kitabının rəsmi saytında məlumat verilib.

 

Sfera.az bildirir ki, müğənninin mayın 3-də Kopakabana çimərliyində sərbəst çıxışı 2,5 milyona yaxın pərəstişkarı cəlb edərək, qadın ifaçıların tarixində ən böyük solo konsert olub. Müğənni səhnədən pərəstişkarlarına "Mənimlə tarix yazdığınız üçün təşəkkür edirəm. Parıldamağımın səbəbi Braziliya xalqıdır" - deyib.

 

Hesabatda bildirilir ki, Ledi Qaqanın sərbəst çıxışı sayəsində Braziliya iqtisadiyyatı əlavə 105,8 milyon dollar qazanacaq.

 

Qeyd edək ki, bu, Ledi Qaqanın son 13 ildə Braziliyada ilk konsertidir.

 

Xatırladaq ki, konsertdə tamaşaçı sayına görə əvvəlki rekord 2024-cü il mayın 4-də Kopakabana çimərliyində çıxış edən Madonna tərəfindən qoyulmuşdu. 

 

Qeyd edək  ki, konsertdə tamaşaçıların ümumi rekordu britaniyalı müğənni və bəstəkar Rod Stüarta məxsusdur. O,1994-cü ildə Kopakabana çimərliyində Yeni il konserti zamanı o, ən azı 3,5 milyon tamaşaçı toplayıb.

 

Rekordlar Kitabında göstərilir ki, tamaşaçı sayına Yeni il şərəfinə atəşfəşanlığa baxmağa gələnlərin də təsiri ola bilər.

 

Aynil


OXŞAR XƏBƏRLƏR