Trampın evinə girdi, həbs olundu - Elçi düşübmüş...

Trampın evinə girdi, həbs olundu - Elçi düşübmüş...
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Trampın Floridadakı Mar-a-Lago iqamətgahına qanunsuz daxil olmağa cəhd edən şəxs saxlanılıb.

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, Gizli Xidmətin məlumatına görə, 23 yaşlı Entoni Tomas Reyes adlı şəxs mülkün hasarından tullanaraq içəri girməyə çalışıb və bu zaman siqnalizasiya işə düşüb. Reyes polisdə verdiyi ifadəsində, şəxsi iqamətgaha “İncili yaymaq” və Trampın 18 yaşlı nəvəsi Kai Tramp ilə evlənmək üçün daxil olmaq istədiyini bildirib.

 

Polis xidmətinin verdiyi məlumata görə, Reyes hadisə yerində Gizli Xidmət əməkdaşları tərəfindən saxlanılaraq yerli polisə təhvil verilib. Ona qarşı “icazəsiz daxilolma” ittihamı irəli sürülüb. Əvvəlcə onun üçün 1000 dollar məbləğində zaminlik müəyyən edilsə də, daha sonra bu məbləğ 50 min dollara qaldırılıb.

 

Məlumata əsasən, Reyes bu cür cəhdlə daha əvvəl də saxlanılıb. O, ilin əvvəlində də Mar-a-Lago iqamətgahına qanunsuz daxil olmağa çalışmışdı. Hadisə baş verən zaman Donald Trampın paytaxt Vaşinqtonda olduğu bildirilir.  Qeyd edək ki, Kay Tramp, prezidentin böyük oğlu Donald Tramp Juniorun qızıdır.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR