“ABŞ bununla bağlı hələ qərar verməyib”

Dünya
16:05 / 04.06.2025
4504
“ABŞ Ukraynaya hərbi dəstəyin davam etdirilməsinə dair hələ qərar verməyib”.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-nin NATO yanında daimi nümayəndəsi Mettyu Uitaker deyib.
“ABŞ danışıqlara sadiqdir. Dəstəyin davam etdirilməsinə dair hələ heç bir qərar verilməyib. NATO ərazisinin təhlükəsizliyini təmin etməyin ən yaxşı üsulu müdafiə xərclərinə dair planları yerinə yetirməkdir”, - deyə Uitaker bildirib.
Xatırladaq ki, cari il martın əvvəlində Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını açıqlayıb. Bundan bir müddət sonra isə ABŞ Mərkəzi Komandanlığının Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Aleksus Qrinkeviç Vaşinqtonun Kiyevi hərbi yardımla təmin etməyə davam edəcəyini bildirib.