Cənubi Koreyanın yeni prezidentini xalq seçdi - İlk dəfə

Cənubi Koreyada keçirilən növbədənkənar prezident seçkilərinin qalibi Demokratik Partiyanın (DP) namizədi Li Cae-Myung oldu. O, səslərin 49,42 faizini toplayaraq ölkənin yeni dövlət başçısı seçilib. Seçki nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqləndikdən sonra Li, heç bir keçid dövrü olmadan səlahiyyətlərinin icrasına başlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yeni prezidentin andiçmə mərasimi yerli vaxtla saat 11:00-da parlamentdə keçirilib.
Seçkilər, əvvəlki prezident Yun Suk-Yeolun 3 dekabrda “müxalifətin dövlət əleyhinə fəaliyyət göstərdiyi” iddiası ilə hərbi vəziyyət elan etməsi və bu səbəblə vəzifəsindən uzaqlaşdırılmasından sonra təşkil olunub. Qanunvericiliyə əsasən, prezidentin azad olunmasından sonra 60 gün ərzində növbədənkənar seçkilərin keçirilməsi tələb olunur.
Li Cae-myung, prezidentlik səlahiyyətlərini müvəqqəti olaraq bu vəzifəyə baxan Baş nazirin müavini və Təhsil naziri Li Cu-hodan təhvil alıb. Seçkilərdə Xalqın Gücü Partiyasının (PPP) namizədi Kim Mun-su isə səslərin 41,15 faizini əldə edib.
Bu seçki ilə Cənubi Koreyada yaranmış siyasi qeyri-müəyyənliyə son qoyulub və yeni rəhbərlik ölkəni idarə etməyə başlayıb.
Bəsti Rəfizadə
Sfera.az