Cənubi Koreyada prezident seçkilərində o qalib oldu


Cənubi Koreyada prezident seçkilərində o qalib oldu

Toburo Demokratik Partiyasından Cənubi Koreya Respublikası prezidentliyinə namizəd Li Çje Myon 49,4% səslə qalib gəlib.

 

Sfera.az xəbər verir ki, bu haqda Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

 

Səsvermə bülletenlərinin təqribən 95%-nin işlənməsi ilə Cənubi Koreya mediası artıq Li Çje Myonun qələbəsinin təmin olunduğunu bəyan edib.

 

Hakim mühafizəkar Vətəndaş Gücü Partiyasının namizədi Kim Mun Su isə 41,1% səs toplayıb.

 

Cənubi Koreya KİV-ləri qeyd ediblər ki, Li Çje Myonun səlahiyyət müddəti MSK sədrinin plenar iclasda seçilmiş prezidenti elan etdiyi vaxt başlayacaq.

 


OXŞAR XƏBƏRLƏR