Hakan Fidan: Putin, Tramp və Zelenskinin bir araya gəlməsi...


Hakan Fidan: Putin, Tramp və Zelenskinin bir araya gəlməsi...

"Əvvəlki görüşdə tərəflərin razılaşdığı əsir mübadiləsi baş tutub. Liderlərin görüşü üçün nələrin edilə biləcəyi ilə bağlı ilkin hazırlıqlar görülüb."

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətləri arasında baş vermiş görüşə münasibət bildirərkən deyib.

 

“Biz Rusiya-Ukrayna sülhü üçün nə edə biləcəyimizə dair təşəbbüslər irəli sürmüşük. Biz ilk gündən sülh üçün səy göstəririk. İyunun 2-də keçirilən görüşdə tərəflərlə liderlər zirvəsini də müzakirə etdik. İstanbulda keçirilən görüşdə tərəflər bir çox məsələlərdə razılığa gəliblər. Gözləntimiz odur ki, növbəti tur olsun. Çünki hər iki tərəf bir araya gəlməyin fayda gətirdiyini görür.

 

Biz liderlərin sammitinə hazırıq. Putin, Tramp və Zelenskinin bir araya gəlməsi çox vacibdir. Ərdoğandan başqa hər üç liderin eyni anda güvəndiyi bir ad yoxdur. Bu, iki ölkə arasında gedən müharibə deyil, qlobal miqyasda yayılma riski olan bir müharibədir. Prezidentimiz əvvəldən həm regional rəhbərlərə, həm də hər iki tərəfin rəhbərliyinə tez-tez zənglər edir”, - o deyib.


OXŞAR XƏBƏRLƏR

Rəqsanəni "pul yağışı"na tutdular - VİDEO

Müğənni Rəqsanə İsmayılovanın məclisdə çəkilən görüntüsü diqqət çəkib.   Sfera.az xəbər verir ki, Gürcüstan toyunda iştirak edən müğənni sə...

Sevgisiz böyüyən uşaqlar DAHİ olur - ARAŞDIRMA

İntuisiya ilə düşünəndə, uşağın intellektual və yaradıcılıq inkişafı üçün ən yaxşı şəraitin sabit və qayğıkeş ailədə yarandığı qənaətinə gəlmək olar.   ...

Aparıcıya canlı yayımda xərçəng diaqnozu qoyuldu

ABŞ-də bir dermatoloqla canlı yayım həyata keçirən teleaparıcıya dəri xərçəngi diaqnozu qoyulub.   Sfera.az xəbər verir ki, bu barədə "Dail...

"Kapital Bank" liderləri beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

Əməkdaşların peşəkar və şəxsi inkişafını prioritet hesab edən Kapital Bank bu yanaşmanın davamı olaraq 2024-cü ilin sentyabr ayında bank liderlərinin inkişafına...

Dövlət büdcəsinin gəlirləri 17 milyard manatı ötüb

Cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz ço...

Alimlər təşviş içində: Tarixin ən isti ili nə vaxt olacaq?

Ümumdünya Meteorologiya Təşkilatı növbəti beş ildən birinin 80% ehtimalla dünyanın ən isti ili olacağı proqnozunu açıqlayıb.   Sfera.az “I...