Azərbaycanlı Milli Bankın departament direktoru ilə birlikdə saxlanılıb
Dünya
15:12 / 03.02.2017
1061
Ukrayna Milli Bankının ödəniş sistemləri departamentinin direktoru 25 min dollar rüşvət alarkən saxlanılıb.
Sfera.az APA-ya istinadən xəbər verir ki, onunla birlikdə 3 nəfər vasitəçi qismində yaxalanıb. Onlardan biri milliyyətcə azərbaycanlıdır.
Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinə yazılı məlumat verildiyi deyilir.
Milli bank rəsmisi aldığı rüşvət qarşılığında Ukraynanın "Platiservis" milli ödəniş sisteminin ölkə sərhədlərindən kənarda nağd və nağdsız ödənişlər həyata keçirə bilməsi üçün qurumu Milli Bankda qeydiyyatdan keçirəcəyinə söz verib.
Faktla bağlı cinayət işi başlanılıb, həbs-qəti imkan tədbirinin seçilməsi nəzərdən keçirilir.