Numan Kurtulmuş yenidən TBMM sədri seçildi

Numan Kurtulmuş yenidən TBMM sədri seçildi

Türkiyə Böyük Millət Məclisində (TBMM) 28-ci qanunverici dönəmin ikinci dövrəsinin sədri seçilib.

 

Sfera.az xəbər verir ki, 5 namizədin yarışdığı seçkilər gizli səsvermədə Ədalət və İnkişaf Partiyası (AK Partiya) hazırkı TBMM sədri və İstanbuldan deputat Numan Kurtulmuş 329 səs toplayaraq yenidən TBMM sədri seçilib.

 

Cümhuriyyət Xalq Partiyasının (CHP) Artvindən deputatı Uğur Bayraktutan 118, Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM Partiya) Diyarbəkirdən deputatı Osman Cengiz Çandar 18, İYİ Partiya İstanbuldan deputatı Mustafa Cihan Paçacı 26, Yeni Yol Partiyası isə Samsundan deputatı Mehmet Karaman 6 səs toplayıb.

 

Nəticələrə əsasən 11 səs isə etibarsız sayılıb.

 

Beləliklə, N. Kurtulmuş üçüncü turda keçirilən səsvermədə 301-dən çox səsin mütləq əksəriyyətini toplayaraq yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. (Report)


OXŞAR XƏBƏRLƏR

Prokuror Oleq Bakinskiyə həbs cəzası tələb etdi

Oleq Krapivin (Oleq Bakinski) və onunla birgə mühakimə olunan Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az-...

Rəqsanəni "pul yağışı"na tutdular - VİDEO

Müğənni Rəqsanə İsmayılovanın məclisdə çəkilən görüntüsü diqqət çəkib.   Sfera.az xəbər verir ki, Gürcüstan toyunda iştirak edən müğənni sə...

Sevgisiz böyüyən uşaqlar DAHİ olur - ARAŞDIRMA

İntuisiya ilə düşünəndə, uşağın intellektual və yaradıcılıq inkişafı üçün ən yaxşı şəraitin sabit və qayğıkeş ailədə yarandığı qənaətinə gəlmək olar.   ...

Aparıcıya canlı yayımda xərçəng diaqnozu qoyuldu

ABŞ-də bir dermatoloqla canlı yayım həyata keçirən teleaparıcıya dəri xərçəngi diaqnozu qoyulub.   Sfera.az xəbər verir ki, bu barədə "Dail...

"Kapital Bank" liderləri beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

Əməkdaşların peşəkar və şəxsi inkişafını prioritet hesab edən Kapital Bank bu yanaşmanın davamı olaraq 2024-cü ilin sentyabr ayında bank liderlərinin inkişafına...

Dövlət büdcəsinin gəlirləri 17 milyard manatı ötüb

Cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz ço...