Atambayev 11,5 il müddətinə azadlıqdan məhrum edildi

Atambayev 11,5 il müddətinə azadlıqdan məhrum edildi
Kateqoriya məlum deyil
T

Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və şərti olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib.

 

Bu barədə Sfera.az TASS-a istinadən xəbər verir.

 

Məlumata görə, Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, həmçinin Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və avqustun 7-8-də Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.

 

Qeyd olunur ki, sabiq prezident əmlakı müsadirə olunaraq bütün dövlət mükafatlarından məhrum edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR